Məzmuna keç

Portal:Coğrafiya

Vikipediya, azad ensiklopediya
redaktə  

Coğrafiya

A Terra, planeta dinâmico em que vivemos.
A Terra, planeta dinâmico em que vivemos.

Coğrafiya (yun. γεωγραφία, yerin təsviri, γεια – Yer, torpaq və γραφειν – yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.

İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.

Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir, lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.

redaktə  

Qitələr

redaktə  

Seçilmiş məqalə

Atlantida adası (yun. Ἀτλαντὶς νῆσος) — ilk dəfə qədim yunan alimi Platon (yun. Πλάτων E.ə. 428/E.ə. 427, AfinaE.ə. 348/E.ə. 347) tərəfindən qeyd edilən əfsanəvi ada və ya qitə. Atlantidanın faciəvi tarixi haqqında ilk məlumatlar qədim yunan filosofu Platon tərəfindən qeyd olunmuşdur. Platon bu məlumatları babasından, o isə Misir rahiblərindən eşitdiyini bildirir. Atlantidanın yeri haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri onun Atlantik okeanında, bəziləri isə Egey dənizində yerləşdiyini iddia edir.

Atlantida haqqında ilk yazılı məlumatlar Platonun "Timey" və "Kritiy" dialoqlarında yer alır. Kitabda deyilənlərə görə, Atlantida 9000 il öncə dəhşətli bir fəlakət nəticəsində bir günün içində dağılaraq məhv olmuşdur.

redaktə  

Yaxşı məqalə

AntarktidaYerin ən cənub materikiqitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb.Bir kvadrat kilometrə 0,00008 nəfər düşən qitə insanların dünyada ən az məskunlaşdığı yerdir. Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Materikə il ərzində 20 santimetr yağıntı düşür. Materik bütün qitələrin ən yüksək orta yüksəkliyinə malikdir.

redaktə  

Şəxs

Fernan Magellan (port. Fernão de Magalhães) — Portuqaliyalı dənizçi və səyyah. Onun 1519-cu il sentyabrın 20-də 256 nəfər heyət üzvü olan 5 gəmi ilə Malakka adalarına başlatdığı səyahət sonradan Xuan Sebastyan Elkanonun rəhbərliyində ilk dünya səyahətinə çevrilmiş və ekspedisiya 1522-ci il sentyabrın 8-də "Viktoriya" gəmisində İspaniyaya geri qayıtmışdı. Magellanın səyahəti dünyanın kürəşəkilli olduğunu, Amerika və Asiya arasında okean olduğunu və vahid dunya okeanının mövcudluğunu sübut etdi. AtlantikSakit okeanlar arasındakı dar boğaz, Süd Yolunun peyk-qalaktikaları, NASA-nın 1989-cu ildə Venera planetini tədqiq etmək üçün göndərdiyi kosmik aparat və Marşall adaları yaxınlığındakı sualtı yüksəkliklər Magellanın adını daşıyır.

redaktə  

Bilirsinizmi?

redaktə  

Kateqoriyalar

redaktə  

Seçilən şəkil

İslandiyada vulkanik mağara
redaktə  

Təbiət möcüzələri

Əyri meşə (pol. Krzywy Las, ing. Crooked Forest) — Polşada qeyri-adi təbiət abidəsi; Polşanın şimal-qərbində yerləşən əcaib formalı şam ağaclarından ibarət meşə. Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir.

redaktə  

Bu ayda...

redaktə  

Maraqlı faktlar

Dünyanın ən uzun çəpəri Avstraliyada yerləşir. Uzunluğu 5614 km olan çəpər Dinqo itlərindən qorunmaq üçün çəkilib.

redaktə  

Seçilmiş məzmun

redaktə  

Vikimediya

Coğrafiya Vikixəbərdə  Coğrafiya Vikisitatda  Coğrafiya Vikikitabda  Coğrafiya Vikimənbədə  Coğrafiya Vikilüğətdə  Coğrafiya Vikiversitetdə  Coğrafiya Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar