Məzmuna keç

Albert Fert

Vikipediya, azad ensiklopediya
Albert Fert
fr. Albert Fert
Doğum tarixi 7 mart 1938(1938-03-07)[1] (88 yaş)
Doğum yeri
Uşağı 2
Elm sahəsi fizika
Təhsili
Üzvlüyü
Mükafatları "Xidmətlərə görə" ordeninin böyük xaçı — 2015 "Fəxri legion" ordeninin böyük zabit dərəcəsi — 2022 "Fəxri legion" ordeninin komandor dərəcəsi — 2012
Fizika üzrə "Nobel" mükafatı — 2007
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Albert Fert (7 mart 1938[1], Karkason[2]) – fransız fiziki, Paris Elmlər Akademiyasının üzvü, Nobel mükafatı laureatı.

1962-ci ildə Paris Ali Normal Məktəbini bitirmiş, 1963-cü ildə Paris Universitetində doktor dərəcəsini almışdır. Qrenobl və Parisdə işləmişdir. 1978-ci ildən Paris-XI Universitetinin professorudur. Əsas elmi tədqiqatları bərk cisimlər fizikası sahəsindədir. Alman fiziki Qrünberqdən asılı olmadan 1988-ci ildə dəmirxromun növbələnən laylarında nəhəng maqnit müqaviməti effektini müəyyənləşdirmişdir. Elektronikanın yeni sahəsinin – spintronikanın yaranmasında iştirak etmişdir. 2003-cü ildə Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin Qızıl medalı ilə təltif olunmuşdur.