Məzmuna keç

Vikipediya:Həftənin yaxşı məqaləsi/may 2026

Vikipediya, azad ensiklopediya

Həftənin yaxşı məqaləsi arxivi

2027: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2026: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 30 may 2026, Şənbə (2026 ilinin 22. həftəsi); bu an saat 01:31 (UTC)
(yenilə)
Keşi təmizlə

19. Həftə
Avstriyada Holokostun inkarıAvstriyada Holokostun ümumi qəbul olunmuş tarixşünaslıqda təsvir edilən mahiyyətinin kiçildilməsi və ya inkar edilməsi. İkinci Dünya müharibəsinin nəticələrinin Avstriyada təftişi nasist rejiminə bəraət qazandırılması və Müttəfiq qüvvələrə yönələn ittihamlarla başlamış, sonradan neonasistlərin cinayətlərinin inkarına doğru davam etmişdir. Bu baxımdan ən tanınmış inkarçılar Gerd Honzik, Valter Okenzberger, Valter Lüftl və Volfqanq Frölix olmuşdur. "Laşu sənədi" adlanan və mövcud olmayan Müttəfiqlər komissiyasının adından tərtib edilmiş sənəd Mauthauzen və digər həbs düşərgələrində qaz kameralarının mövcudluğunu inkar etsə də, sonradan bunun saxtakarlıq olduğu üzə çıxmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


20. Həftə
Kəmaləddin BehzadTeymuriSəfəvi dövrlərində yaşamış rəssam. O, Heratdan (indiki Əfqanıstan) çıxmış və İran miniatür sənətinin inkişafında mühüm rol oynamışdır. Behzad həmçinin, Herat miniatür məktəbinin və bütün Şərqin ən böyük ustadlarından biri kimi tanınmışdır. O, Teymuri dövlətinin son onilliklərində, xüsusilə də Teymuri intibahı dövründə Hüseyn Bayqaranın (hakimiyyəti: 1470–1506-cı illər) sarayında fəaliyyət göstərmişdir. Behzad daha sonralar Səfəvilərin xidmətinə keçmiş və Təbrizdə padşaha məxsus atelyelərdə çalışmışdır. Mənbələrə görə, Behzad Herat Akademiyasında kitabdar vəzifəsini icra etmiş və Herat şəhərindəki Kral Kitabxanasında mühüm mövqedə olmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


21. Həftə
Azərbaycan Yüksək Dəstəsi 2002/2003 — futbol üzrə Azərbaycan Yüksək Dəstəsinin keçirilməsi planlaşdırılmış, lakin baş tutmamış mövsümü. Sayca 12-ci mövsüm olmağına baxmayaraq, keçirilməmiş olduğu üçün 12-ci mövsüm 2003/2004 mövsümü hesab edilir. Bu mövsüm müstəqil Azərbaycanın futbol tarixində ən qalmaqallı və mürəkkəb dövrlərdən biri kimi yadda qalmışdır. Mövsümün ləğv edilməsi ilə nəticələnən böhran ölkə futbolunu 400 gün ərzində iflic vəziyyətinə salmış, Azərbaycan klubları ardıcıl ikinci dəfə UEFA turnirlərindən kənarda qalmışdır.

AFFA-nın fəaliyyəti ətrafında illər boyu davam edən mübahisələr, xüsusilə də qurumun prezidenti Fuad Musayevin siyasəti əksər klubların ciddi narazılığına səbəb olmuşdur. "Neftçi", "Turan" və "Şəfa" ilə bağlı qalmaqallar, mübahisəli hakimlik qərarları, eləcə də federasiyanın "Şəfa" klubuna açıq himayədarlığı futbol ictimaiyyətində güclü etiraz dalğası yaratmışdır. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


22. Həftə
İslamda saqqalislam dinində saqqal saxlamağa münasibət. İslamın müxtəlif cərəyanlarında saqqal saxlama və ülgüc ilə qırxmağa münasibət birmənalı olmamışdır. Bəzi məzhəblərə görə, saqqalı qırxmaq günah (fasiq), saqqal saxlamaq isə vacib əməl hesab olunmuşdur. Digərlərinə görə, saqqal saxlamaq müstəhəb və ya sünnənin yerinə yetirilməsi, onu qırxmaq isə məkruh, lakin haram olmayan bir əməl sayılmışdır. Saqqal müsəlmanlar arasında kişiliyin rəmzi kimi qəbul olunmuşdur və onun saxlanılması insanın fitrətinin bir hissəsi hesab edilmişdir

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə